Ancelina Coli ABŞ prezidenti olmaqda iddialıdır

30 Oktyabr 2013 18:30 (UTC+04:00)

Hal-hazırda 38 yaşlı sənətçi siyasi liderlər ilə aktiv görüşlər keçirir

Məşhur Hollivud ulduzu Ancelina Coli bu il artıq bir neçə dəfə müsahibələrində bildirib ki, ABŞ-ın prezidenti olmaq istəyir. Rusiya mətbuatında verilən məlumata görə, son günlər bu barədə yenidən mediada xəbərlər yayılmağa başlayıb.


Hal-hazırda 38 yaşlı sənətçi siyasi liderlər ilə aktiv görüşlər keçirir. Coli həmçinin Birləşmiş Millətlərin xoşməramlı səfiri olaraq öz vəzifəsinin öhdəsindən gəlir. 


Aktrisanın məşhurluğuna baxmayaraq indiki vəziyyətində belə düşmənləri çoxdur. Mediada deyilənlərə görə, Hilari Klinton aktrisanı gözü götürmür və heç sevmir də.


Bu barədə Ancelinanın siyasət bölməsində çalışan yaxın dostu məlumat verib: "Hillari qəti olaraq Ancelina Coli ilə görüşməkdən imtina edib. Onun sözlərinə görə,aktrisanın Ağ Evdə yeri yoxdur. Bir müddət sonra isə, Hillari deputatların önündə çıxış edərkən sənətçini saxtalıqda günahlandırıb."