Hər gün 18 yaşından aşağı 20 min qız doğum edir

30 Oktyabr 2013 16:26 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, BMT Əhali Fondunun "Uşaq Analar " hesabatı yayımlanıb.UNFPA İcra Direktoru Osotimehin : "Hər gün 39 min qız uşağı ərə verilir. Hər il 14 və ya daha kiçik yaşlardakı 2 milyon qız uşağı doğum etməkdədir. Azyaşlı hamiləliklər yoxsul, təhsilsiz və çöl bölgələrinsə daha məşhur görülür ".  Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu ( UNFPA ) İcra Direktoru Babatunde Osotimehin , "Hər gün inkişaf etməkdə olan ölkələrdə 18 yaşından az 20 min qız uşağı doğum etməkdə və bu qız uşaqlarının sayı ildə 7,3 milyonu əhatə etməkdədir " deyib. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun "Uşaq Analar : Azyaşlı Hamiləlik problemiylə üzləşmək " başlıqlı 2013 Dünya Əhalisinin Vəziyyəti Hesabatı bu gün nümayiş olunub.

UNFPA İcra Direktoru Babatunde Osotimehin , hesabatın məqsədinin, azyaşlı hamiləliyin necə qarşısının alına biləcəyi mövzusunda yeni bir düşüncə tərzi inkişaf etdirmək və qız uşaqlarını hədəf alan müdaxilələr əvəzinə qız uşaqlarının insan sərmayəsini artıran, onların haqqlarını qoruyan və onlara qərar vermə səlahiyyəti verən geniş əsaslı yanaşma meylinə təşviq etmək olduğunu bildirib. 

Xatırladaq ki, UNICEF-in Azərbaycanda həddi-buluğa çatmayanlar arasında nikahların sayının artmasından narahatlıq ifadə edən hesabatında bildirilir ki, Azərbaycanda aparılan araşdırmalar bu təbəqədə hər səkkiz nəfərdən birinin on səkkiz yaşına çatmamış evləndiyini və ya ərə getdiyini göstərir.