750 mindən çox uşağa elektron sağlamlıq kartı verilib
30 Oktyabr 2013 16:43 (UTC+04:00)
İndiyədək 750 min uşağa elektron sağlamlıq kartı
verilib. Yenidoğulmuşların elektron sağlamlıq kartı ilə təminatı
davam etdirilir".
Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyin Səhiyyənin
İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə
bildirib. C. Əsədzadə "sağlamlıq kartı"nda uşağın sağlamlığı barədə
bütün tibbi məlumatların yer aldığını söylədi: " Dövlət proqramında
"sağlamlıq kartı" elektron səhiyyəyə keçid mərhələlərindən biridir.
"Sağlamlıq kartı" sisteminin tətbiqi uşaqların sağlamlığına nəzarət
sisteminin təkmilləşdirilməsini və operativ şəkildə sağlamlıqları
barədə məlumat bankının yaradılmasını təmin edir. Bu kartda olan
məlumatlar (xəstəlik tarixi, cari istifadə edilən dərman
preparatları, peyvəndlər, qan qrupu, tibbi sığorta və s.) kart
sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır. Əvvəl
xəstə uşaq tibb müəssisəsinə daxil olarkən onun hansı müayinələrdən
keçdiyini, sağlamlığı barədə məlumatları kağızlardan axtarmaq uzun
vaxt çəkirdi. Amma indi kartı xəstəxanaların qeydiyyat şöbələrində,
laborotoriyalarda kompyuterlərə qoşulmuş xüsusi
qurğular vasitəsilə oxuyaraq vaxt itirmədən xəstənin
müalicəsinə başlamaq olar".