Nokiadan yeni telefon gəlir

30 Oktyabr 2013 17:49 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, mobil telefon nəhəngi Nokianın ikinci aliminium telefonu olacaq Lumia 929-a aid olduğu iddia edilən görüntülər internetə sızdırılıb. Telefonun , ABŞ-lı mobil telefonu operatoru Verizonun satdığı Lumia 928-in yerini alması gözlənilir. Microsofta 7.2 milyard dollar qarşılığında satılan Nokia satışlarını sabit bir şəkildə artırmağı bacaran Lumia ardıcıllığına yeni telefonlar əlavə etməyə davam edir. Son dəfə , ABŞ-da Lumia 928-in yerini alması gözlənilən Lumia 929-a aid görüntülər internetə sızıb. Bütün dünyada nə vaxt satılacağı bilinməyən telefonun , 5 düym genişliyində, 1080p həllolma əmsalı ekrana sahib olması gözlənilir. The Verge saytının xəbərinə görə, Nokianın alüminium çərçivəyə malik ikinci telefonu olacaq Lumia 929-un , qara və gümüş olmaqla ən az iki rəng variantıyla təqdim edilməsi gözlənilir.

PureView texnologiyasına sahib 20 MP kamera ilə gəlməsi gözlənilən cihazın kamera texnologiyası , qısa müddət əvvəl tanıdılan Lumia 1520 ilə demək olar ki eyni olacaq. Nokianın PureView texnologiyası , hərəkət əsnasında aydın şəkil əldə edilməsini və zəif mühitdə linzanın kafi işıq almasını təmin edir.