Stiv Cobsun filmi bəyənilmədi

30 Oktyabr 2013 18:17 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Apple-ın qurucu ortağı Steve Jobsun həyatını əhatə edən və məşhur aktyor Ashton Kutcherin baş rolunda iştirak etdiyi film " Jobs ", keçən həftə sonu ABŞ-da təqdim edilmişdi. Gözlənilən marağı qarşılamayan film tamaşaçıların mənfi rəylərini hədəf alıb.  Texnologiya dahiliyi olaraq xarakterizə edilən və iki il əvvəl tutulduğu xəstəliyə məğlub olaraq dünyasını dəyişən Applenin qurucu ortağı Steve Jobsun, xəyallarını və əzmlə çalışaraq müvəffəqiyyətə gedən əhvalatını izah edən filmin rejissorluğunu Joshua Michael Stern edib,  ssenarisini Matt Whiteley yazıb. Bir çox insan tərəfindən uzun müddətdir gözlənilən " Jobs ", 6.7 milyon dollar hasilat əldə edərək bu il ABŞ-da viziona girdiyi ilk həftə sonunda ən çox kassa gəliri edən filmlər arasına 7-ci sıranı tutub. Lakin əldə edilən kassa gəlirini filmin müvəffəqiyyətini əks etdirdiyi söyləmək doğru olmaz. Filmlərin tamaşaçılar tərəfindən qiymətləndirildiyi internet saytı Rottentomatoes.comda 10 baldan yalnız 2.5 bal alan film, Tamaşaçıların böyük bir hissəsi tərəfindən tənqid atəşinə tutulub.