Sumqayıtda 13 yaşlı uşağın itkin düşməsi ilə bağlı rəsmi məlumat
22 May 2012 22:32 (UTC+04:00)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi
Sumqayıtda 13 yaşlı uşağın itkin düşməsi ilə bağlı birgə məlumat
yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindənAPA-ya verilən məlumatda
bildirilir ki, 2012-ci il martın 29-da Sumqayıt şəhər sakini, 13
yaşlı Ramil Habil oğlu Ağayev yaşadığı evin qarşısından naməlum
şəraitdə itkin düşüb. Fakt üzrə toplanmış araşdırma materialında
onun qəsdən öldürülməsini güman etməyə kifayət qədər əsaslar
olduğundan mayın 3-də Baş Prokurorluqda Cinayət Məcəlləsinin
120.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması
Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilib,
həmçinin cinayətin açılması məqsədilə Baş Prokurorluğun və Daxili
İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu
yaradılıb.
Hazırda Ramil Ağayevin öldürülməsi ehtimal
edilən müxtəlif fərziyyələr əsasında intensiv istintaq hərəkətləri
və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.