Respublika üzrə uşaq polikilinikalarında lokal sistem qurula bilər-Eksklüziv

30 Oktyabr 2013 17:22 (UTC+04:00)
Uşaq polikilinikalarında tibbi kartoçkalar ləğv edilə bilər. Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə bildirib. C. Əsədzadənin sözlərinə görə,  hazırda uşaq polikilinikalarında uşaqların peyvəndləri ilə bağlı məlumatlar onlar üçün ayrılmış tibbi kartoçkalara qeyd edilir: "Azərbaycanda elektron sağlamlıq kartı alan uşaqların sayı 750-mini keçsə də polikilinikalarda sahə həkimlərinin hər birinin ayrıca bu kartı oxumaq üçün kompyuterləri yoxdur. Ümumiyyətlə uşaq polikilinikalarında kartların oxunması üçün lokal şəbəkə qurulmayıb. Amma biz bununla bağlı hökumətə müraciətlər etmişik. Yəqin ki, yaxın gələcəkdə bütün uşaq polikilinikalarında bu şəbəkənin qurulması üçün hər bir həkim üçün kompyuter alına bilər. Bundan sonra artıq uşaqların peyvəndlənməsi ilə bağlı məlumatları birbaşa elektron kartlardan oxumaq mümkün olacaq".