Putin dünyanın ən nüfuzlu lideri seçilib

30 Oktyabr 2013 19:30 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin "Forbes" jurnalının versiyasına əsasən dünyanın ən nüfuzlu (təsir gücünə malik) lideri seçilib.


"RİA Novosti"nin verdiyi məlumata görə, V. Putin amerikalı həmkarı Barak Obamanı geridə qoyub. B. Obama reytinq cədvəlində ikinci sıradadır.

 

Üçüncü yeri Çin Xalq Respublikasının sədri Si Sinpin tutur. Dördüncü sırada Roma papası Fransisk, 5-ci sırada isə Almaniya kansleri Angela Merkel qərarlaşıb.