Putin: "Amerikalı keçmiş agent Snovden hələliik Rusiyadadır"

30 Oktyabr 2013 22:31 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, Amerika kəşfiyyat təşkilatları NSA və CIA-ın keçmiş işçisi Edvard Snovdenin Moskva Şeremetyova Hava limanındakı tranzit bölgədə olduğunu, ABŞ-a göndərilməyəcəyini açıqlayıb. Rus kəşfiyyatının Snovdenlə heç bir zaman işləmədiyini söyləyən Putin, Rusiya ilə Amerika arasında ekstradisiya haqqında saziş olmadığını xatırladıb. Finlandiyada reallaşdırdığı ziyarətdə Finlandiya prezidenti Şaul Niinistö ilə təşkil etdiyi ortaq mətbuat konfransında danışan Putin, Snovdenin Rusiya qanunlarını pozmadığını, buna görə nəzarətə alınmadığını söyləyib. Snovdenin azad bir insan olduğunu və tez bir zamanda gedəcəyi yeri təyin etməsini istəyən Putin, bunun həm Rusiya, həm də özü üçün yaxşı olacağını qeyd edib.