Azərbaycandakı prezident seçkiləri Avronest PA-nın Büro iclasında müzakirə olunacaq

31 Oktyabr 2013 10:23 (UTC+04:00)

Azərbaycan Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun Büro iclasında iştirak etmək üçün noyabrın 1-dən 3-dək  Ukraynada səfərdə olacaq. Parlamentdən APA-ya verilən məlumata görə, paytaxt Kiyev şəhərində keçiriləcək toplantının gündəliyinə  Azərbaycanda və Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı müzakirələr, 2013-cü ilin mayında Brüsseldə keçirilən Büro iclasında qəbul edilən qərarların və qurumun  2014-cü il fəaliyyət planının təsdiq edilməsi, üzv ölkələrə yeni həmməruzəçilərin təyin edilməsi və digər məsələlər daxildir.

 

E.Süleymanov sözügedən məsələlərə öz münasibətini bildirəcək.