Cəbhədə atəşkəs rejimi pozulub

31 Oktyabr 2013 10:00 (UTC+04:00)

Cəbhə xəttində düşmənin təxribatı davam etməkdədir

Hərb  Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ans press-ə verilən məlumata görə, Ağdam rayonunun Başqərvənd, Yusifcanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Göyarx, Qızıloba kəndləri yaxınlığında və Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.