Avtomobil mağazaya girdi (FOTO)

31 Oktyabr 2013 10:59 (UTC+04:00)

Hadisə Nizami Gəncəvi prospektində baş verib

Yol  Gəncə şəhəri Nizami Gəncəvi prospektində yol nəqliyyat hadisəsi baş verib. "Kəpəz TV"-nin verdiyi məlumata görə, 20 yaşlı Tağı Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə adıçəkilən prospektlə mərkəz istiqamətinə hərəkətdə olarkən yoldan çıxıb.


Nəticədə avtomaşın yol kənarında mövcud olan geyim dükanlarından birinə girib. Hadisə nəticəsində "Mercedes" əzilsə də, onun sürücüsü və sərnişinləri ciddi xəsarət almayıblar. Baş vermiş avtoqəzanı araşdıran Dövlət Yol Polisi Şöbəsinin inspektoru Ruhin Salahov hadisəyə ilkin səbəb kimi avtomobilin həddindən artıq sürətlə idarə olunmasını və bu səbəbdən sürücünün döngədə idarəetməni itirməsini göstərib. 


Faktla bağlı DYP söbəsində araşdırma aparılır. Qeyd edək ki, qəza nəticəsində Nizami prospektində bir neçə dəqiqəlik tıxac yaranıb.