Bu günə gözlənilən hava şəraiti

23 May 2012 11:51 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında mayın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə mayın 23-də əksər rayonlarda hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 26-31, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.

Yaxın 2 gündə hava şəraitinin gündüz saatlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mayın 23-də arabir güclənən qərb küləyi əsəcək.