Bakıda dəniz üzərində körpü salınacaq- FOTO

31 Oktyabr 2013 11:05 (UTC+04:00)

"Abşeron yarımadasını Pirallahı adası ilə birləşdirən körpüdə tikinti işlərinin əksər hissəsi başa çatıb". 

Bu barədə Day.Az saytına "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib. 


Onun sözlərinə görə, körpü 10 ədəd dayaqdan və 9 ədəd aşırmadan ibarət olacaq. 


Bütün dayaqlar artıq tikilib. Sahil bərkitmə işlərinin 35-40%-i tamamlanıb. Bircə körpünün aşırmalarının quraşdırılması qalıb.