"Səidə Sultan evə kişi gətirir..."-İTTİHAM

31 Oktyabr 2013 12:18 (UTC+04:00)

Səidə Sultanın ata nənəsi 75 yaşlı Əminə xanım ATV-nin "Ümid var" verilişində iştirak edib. Nənəsi müğənnini el içində biabr edib. Nənəsi Səidənin onu döydüyünü deyib: "Səidə mənim qolumdan tutub qapıya çırpdı. İki gün sonra qolum göyərdi".

Nənə həmçinin Səidə Sultanın anasını cadu-piltə ilə məşğul olan qadın kimi qələmə verib. Əlində Quran ATV-yə gələn nənə Zaurdan imdad istəyib. 

Bu açıqlamadan sonra Səidə ilə telefon bağlantısı yaradılıb. Müənni deyillənləri inkar edib, hətta telefonda ağlayıb: Əgər mən onu döymüşəmsə  30 yaşındayam amma deyirəm ki, Allah mənim canımı alsın. Hamı bilir o necə adamdır. Nənəm həmişə fironluq edib. Həmişə anama deyir ki, qoymayacam balaların xoşbəxt olsun. Anam pis gəlin olsaydı, atam öləndən sonra onu saxlamazdı. Atam öləndə anasından halallıq da almadı".

Səidə Sultan ağlayaraq  nənəsinin ona necə qara yaxdığını da canlı yayımda etiraf edib: "Bütün qohumlara, hamıya deyir ki, Səidəni evdə kiminləsə tutmuşam. Mən anamın, ailəmin yaşadığı evə kimi gətirərəm? Allah heç kəsə elə nənə qismət eləməsin! Amin"