Tolik:" Aygünlə Sevdanın mahnısı artıq hazırdır"
31 Oktyabr 2013 12:32 (UTC+04:00)
Tanınmış prodüsser Tarix Əliyev (Tolik ) xalq artisti Aygün
Kazımovanın sevilən müğənni Sevda Yəhyayeva ilə duet
oxuyacağı barədə məlumat verib. Bu barədə Mövqe.az-a açıqlama verən
prodüsser bildirb ki, bu bir ilkdir: "Aygün Kazımova Sevda
Yahyayeva ilə duet oxuyacaq. Bu bir ilkdir. Aygün Kazımova bu vaxta
qədər heç bir qadın müğənni ilə duet oxumayıb. Əgər siz bir nəfərlə
olan dueti demək istəsəniz , nəzərinizə çatdırım ki, o oxunmuş
mahnı idi, sözləri dəyişilmişdi, birdə ki, Emin Musəvinin
verilişinin reytinqi xətrinə yazılan bir duet idi. Amma bu yeni
mahnı, yeni sözlər, bir sözlə şamplena olacaq".
Tolik Mövqe.az-a açıqlamasında mahnının adını gizli saxlasa da,
mahnının artıq hazır olduğunu qeyd edib: "Mahnı ritmik mahnıdır.
Çox gözəl ifa olunub. Ritmik mahnıdır. təqdimatı möhtəşəm
olacaq".
Qeyd edək ki, Aygün Kazımova Röya ilə duet oxuyub. Tolikin "bir
nəfər" dediyi insan məhz eləküsülü olduğu müğənni Röya
Ayxandır.