Səbail rayon İcra Hakimiyyətinin və Bakı şəhər Prokurorluğunun göz oxşayan binaları

31 Oktyabr 2013 13:16 (UTC+04:00)

Bu ilin sentyabr ayında Üzeyir Hacıbəyov küçəsi 30 ünvanında yerləşən Səbail rayon İcra Hakimiyyətinin və Bakı şəhər Prokurorluğunun binasının da müasir şəkildə üzlənərək yenidənqurulması başa çatdırılmışdır. 

Sovetlər dövründə bu binada rayon partiya  icraiyə komitələri yerləşmişdi. Daha sonra binadan başqa təyinatlar üçün istifadə olunmuş, 2009-cu ildə isə  binaya əlavə mərtəbə tikilmişdir. Ötən illərdə binada əsaslı təmir işləri aparılmamışdır. 

Əsaslı təmir zamanı binanın tamamilə yenidənqurulmasına aparılmışdır. 6 mərtəbəli bina ilk növbədə dəmir-beton konstruksiyalar ilə möhkəmləndirilib, müasir dizaynlı dəmir dam örtüyü qurulub. 

Şəhərin mərkəzində, "Sahil bağı"nın yanında yerləşən binanın fasadının ağ rəngli yerli tikinti materialları ilə üzlənməsi onun görkəminə xüsusi yaraşıq verir. Burada gecə işıqlandırılması sistemi qurulub. Bütün lazimi avadanlıq və sistemlərlə təchiz olunmuş binada  yeni lift quraşdırılıb,  yeni kondisioner və  istilik sistemləri qurulub

Binanın otaqlarının hamısı müasir tələblər səviyyəsində qurulub. yeni mebel. texniki vəsaitlər və digər avadanlıqlar alınıb. Binada pilləkən və foyeyə qranit və mərmər döşənib. Bütün pəncərə və qapılar müasir materiallardan düzəldilmiş yenilərilə əvəz olunmuşdur. Binadakı kommunikasiya və rabitə xətləri yeniləşib, sanitariya qovşaqları əsaslı təmir olunub. 

Binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulub. İş otaqları, iclas və konfrans zallarında, interyerdə Avropa ölkələrində istehsal olunmuş materiallardan istfadə edilmişdir. 

Rayon İcra Hakimiyətinin birinci mərtəbəsində böyük iclas zalı əsaslı təmir olunub. Yeni kondisioner və istilik sistemi quraşdırılıb, zalın daxili tərtibatında müasir materaillardan istifadə olunub.  200 yerlik zalda rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. 

Binaya bitişik olaraq 6 mərtəbəli yeni korpus tikilib. Yeni korpusun 2-ci mərtəbəsində rayon İcra Hakimiyyəti üçün hər cür texniki imkanlara malik olan konfrans zal yaradılmışdır. Bu zaldan rayon İcra Hakimiyyətində yaradılmış olan onlayn video qəbulların həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sakinlən binaya gəlmədən qəsəbə İcra nümayəndəliklərinə müraciət edərək onları maraqlandıran məsələlərlə bağlı rayon İcra Hakimiyyətinin Başçısı və digər məsul şəxslərlə birbaşa video əlaqə yarada biləcəklər. 

Binada rayonun bütün ərazisi üzrə vahid elektron xəritə-məlumat bazası yaradılmışdır. Sistem rayon təsərrüfatının idarə olunmasında əe yeni texnoloci vasitə kimi tətbiq edilməyə başlanmışdır. Elektron xəritənin köməyi ilə planlaşdırma aparılır və həyata keçirilən işlər haqqında operativ məlumatlar əldə edilir. 

Yeni tikilmiş korpusun digər mərtəbələrində isə 9 saylı Xəzinədarlıq İdarəsi yerləşmiş, burada idarənin fəaliyyəti üçün müvafiq şərait yaradılmışdır.