Artıq hamı siqaret ala bilməyəcək
31 Oktyabr 2013 15:39 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Nyu York Şəhər
Şurası siqaret almaq yaşını 18-dən 21-ə qaldırılmasıyla bağlı
səsvermə keçirib. "The Associated Press"in xəbərinə görə Nyu York
belə bir yüksək yaş limiti tətbiq etdiyinə görə, Birləşmiş
Ştatların ən nüfuzlu yerinə çevriləcək. Yeni yaş limitinə elektron
buxarlı siqaretləri də daxildir. Bütün ABŞ-da minimum siqaret çəkmə
yaşı 18-dir. Bəzi ştatlarda bu limit 19-a, digər iki ştatda isə
21-ə qaldırılıb. Şəhər Şura rəhbəri Ceyms Genarro: "bu yaş limiti
bir çox həyatı xilas edə bilər". Hər iki valideynini
siqaretlə bağlı xəstəlikdən itirmiş Cənab Genarro:" Mən bunları
şəxsən yaşadım, gördüm. Lakin bu gün özüme daha yaxşı hiss edirəm"
deyə sözlərinə əlavə edib. Bir çox tənqidçilər də bu tədbirlər
sayəsində gənclərin qara bazarlardan çəkiləcəyinə ümid edir.
Layihəni dəstkləyənlərdən biri olan Nyu York meri Maykl Blumberq də
30 gün ərzində liyihəni izmalayaraq qanun layihəsinə çevrilməsində
böyük rol oynamışdı. Bu tədbirin təsiri isə 180 gün sonra özünü
göstərəcək. "Bir dəfə siqaret çəkəndən sonra onu asılılıq
yaratdığını hamımız yaşı bilirik və biz gənclər siqaretə
başlamazdan əvvəl bunun qarşısını alacağıq" deyə Blumberq bildirib.
Blumberqin bu planı mağazaların siqareti ictimayyətə açıq rəflərdən
götürərək, gizli satılmasını təmin edib.
elektron siqaret