ABŞ, Vatikanı da dinləyib?

31 Oktyabr 2013 16:00 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Təşkilatının ( NSA ), dünyanın ən gizli və təhlükəsiz zirvəsi olaraq bilinən Papa seçkiləri zamanı Vatikanı dinlədiyi iddia edilib. İtaliyada yayımlanan Panorama jurnalının xəbərinə görə ABŞ uzun vaxtdır ki,  Vatikan səlahiyyətlilərinə yönəlmiş dinləmə əməliyyatlarını davam etdirirdi. Ötən il mart ayında keçirilən Papa seçkiləri zamanı da , seçkiyə qatılan Kardinal yerləşdiyi Domus Sanctea Martha qonaq evinə gələn və buradan edilən zənglər dinlənilib. Panorama jurnalı, "ABŞ-ın 12 Mart 2013-dəki papa seçkisindən tutmuş din adamlarının danışıqlarını da dinləməsindən narahatdır "deyə yazıb. Jurnalın xəbərinə görə, Martdakı seçkidə Papalıq ünvanını alan Kardinal Jorge Mario Bergoglio da 2005-ci ildən bu yana ABŞ kəşfiyyat xidmətləri tərəfindən izlənilirdi.