Suriyanı İsrail vurdu?

31 Oktyabr 2013 16:20 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Suriyanın Aralıq dənizi sahilindəki liman şəhəri Lazkiyədə yerləşən Hava qüvvələrinə aid  müdafiəetmə bazasının dəhşətli partlayışla yerlə-yeksan olduğu iddia edilir. Suriyalı və Livanlı qaynaqlar partlayışdan sonra, İsrailin hücum etdiyini bildirib. Suriya İnsan Haquqları Rəsədxanası , Suriya ordusuna aid bazada gurultulu partlayış yaşandığını bildirib. Daha sonra sosial mediada bir çox istifadəçi , hadisə şahidlərinin ifadələrinə əsaslanaraq , partlayışın "Snobar Cable"də  meydana gəldiyini söyləyib. Partlayışın qaynağının dənizdən açılan alovlandırılmış bir mərmi olduğu və bu edənin İsrail olduğu da iddia edilsə də, bu mövzuyla bağlı səlahiyyətlilərdən hər hansı bir şərh gəlməyib.  Livan rəsmi xəbər agentliyi dünən Beyrutun şimalındakı sahil xəttini Livan hava sahəsi daxilində altı İsrail döyüş təyyarəsi uçduğunu vermişdi. Livan ordusunun rəsmi internet saytında yerləşən bir şərhə əsaslanan bir xəbərdə İsrail təyyarələrinin Livan hava sahəsinə yerli saatla 13.40-da daxil olduğu və 17.00 radələrində Trablus və Nakura ətrafından çıxdığı deyilib. Suriyalı müxaliflərə aid bir Facebook səhifəsində də partlayışın 19.00 radələrində yarandığını deyib. Müxaliflər dənizdən odlanılan bir yerdən bazanın vurulduğunu, lakin ölən ya da yaralanan olmadığını yazıb.

Xatırladaq ki, İyul ayında İsrail hava qüvvələrinə aid təyyarələr bölgədəki Rus və Suriyalı birliklərin istifadə etdiyi mərmi anbarını vurmuşdu. Daha sonra ABŞ-lı səlahiyyətlilər Nyu York Times-a etdikləri şərhdə , hücumun Rusiyaya aid bütün quru - dəniz raketlərini məhv etmədiyini və İsraili yenidən vura biləcəyini söyləmişdi.