Kamilə Babayevanın toyunun vaxtı məlumdur - EKSKLÜZİV

23 May 2012 13:32 (UTC+04:00)

Movqe.Az-a daxil olan xəbər görə, məşhur teleaparıcı Kamilə Babayevanın toyunun vaxtı məlumdur. Belə ki, K.Babayeva, təxminən 9 ildir sevib-seçdiyi şəxslə ailə quracaq. Cütlüyün toy mərasimi iyun ayının 6-da paytaxtın dəbdəbəli şadlıq saraylarının birində keçiriləcək.

Qeyd edək ki, bu yaxınlarda "Azad Azərbaycan" televiziyasında yayaımlanan verilişlərin birində məşhur teleparıcı barmağındakı üzüyü göstərərək, nişanlandığını deyib.

Fuad Mədətov

Movqe.Az