Kosmos taksiləri gəlir!

31 Oktyabr 2013 19:13 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Astronavtları kosmosa daşıyacaq ilk kosmos taksisi, sınaq uçuşundan keçib. Uçuşda problem yaşamayan vasitə, enişdə bir təkəri açılmadığı üçün  yüngül ziyan alıb. 5 il ərzində bu vasitələrin sıx olaraq istifadə edilməsi planlanır. Amerika Aviasiya və Kosmos Dairəsi NASA-nın koordinatorluğunda inkişaf etdirilən kosmos taksisi, ilk test uçuşunu Kaliforniyada reallaşdırıb. Vasitə, əvvəl bir vertolyotla müəyyən bir yüksəkliyə çıxarılıb. Daha sonra sərbəst buraxılan vasitə, test uçuşunu müvəffəqiyyətlə tamamlayıb. Amerika Birləşmiş Ştatları kosmos taksiləriylə astroanavtlarını beynəlxalq kosmos stansiyasına çatdırmağı planlaşdırır. Bu məqsədlə NASA və özəl sektor əməkdaşlığında üç vasitə inkişaf etdirilir.