Suriya artıq kimyəvi silah istehsal edə bilməyəcək?

31 Oktyabr 2013 20:59 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Suriyanın bazalarındakı araşdırmanı icra edən " Kimyəvi Silahların qarşısının alınması Təşkilatı" , Suriyanın kimyəvi silah çıxarma qərarının tamamilə məhv edildiyini açıqlayıb. "Kimyəvi Silahların qarşısının alınması Təşkilatı, ölkə daxilindəki 23 kimyəvi bazanın 21-in nəzarətdən keçirilidiyini deyib.  Qarşıdurmalar səbəbiylə təhlükəsizlik riski olan iki bazadkı  kimyəvi silahlar da başqa bölgəyə daşınıb. "Kimyəvi Silahların qarşısının alınması Təşkilatı səlahiyyətlisi Ceri Smit , Suriyanın elan edilmiş kimyəvi silah istehsalı, qarışdırma və plomb cihazlarının tamamilə yox edildiyini söyləyib. Smit, kimyəvi silahların məhv edilməsi prosesini başdan sona qədər izlədiklərini bildirib. Şam rəhbərliyinə, kimyəvi maddələrin zəhərli hala gətirilməsini təmin edən mexanizmləri və plomb maddələri ilə bütün kimyəvi silah istehsalı təsislərini yox etməsi və ya "yararsız hala gətirməsi " üçün 1 Noyabra qədər vaxt vermişdi.  Təchizatın məhvi , Suriyanın bundan sonra yeni kimyəvi silah istehsal edə bilməyəcəyi mənasını verir. Şam rəhbərliyinin, mövcud kimyəvi silah anbarlarını da məhv etməsi lazımdır. Suriyanın əlindəki kimyəvi silahların gələn ilin ortasına qədər məhv edilməsi planlaşdırılır.