Rauf Qurbanov bayraq məsələsinə aydınlıq gətirdi

1 Noyabr 2013 10:10 (UTC+04:00)

Azərbaycan Kommunist Partiyasının sədri  Rauf Qurbanov Moskvada keçrilən tədbirlərin birində masasının üstünə Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı qoymasını bu cür şərh etdi: "Azərbaycan demokratik bir dövlətdir. Hər hansı bir siyasi partiya   və ya ictimai birlik dövlət qeydiyyatından keçdiyi zaman müvafiq orqana nizamnamə və proqramma ilə yanaşı  mənsub olduğu təşkilatın rəmzlərini: onun bayrağını, emblemini və himnini də təqdim etməlidir. Azərbaycan Kommmunist Partiyasıda məhz  1994-cü il martın 2 -də  Azərbaycan Respublikası Ədiliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçəndə öz nizamnamə  və proqramması ilə yanaşı ona aid olan rəmzləri ilə  birlikdə rəsmi dövlət qeydiyyatdan keçimişdir.    AKP -nin dəvət olunduğu beynəlxalq  tədbirlərdə onun nümayəndəsinin qabağıda AKP -nin rəmzi olan bayrağının qoyulamsı adi bir haldır.

     Azərbaycan Kommunist Partiyası (AKP) onun proqram məqsədlərini həyata keçirmək üçün könüllülük əsasında birləşən vətəndaşların siyası təşkilatıdır.  Azərbaycan Kommunist Partiyası sosial ədalətin hökm sürdüyü cəmiyyət, kollektivçilik,azadlıq, bərabərlik, seçkili orqanlar formasında təşəkkül tapmış əsl xalq hakimiyyəti,respublikada yaşayan bütün xalqların sarsılmaz birliyi və qardaşlgı ugrunda mübarizə aparır. AKP real sosializm ugrunda mübarizə partiyasıdır. AKP-nın nəzəri-təşkilatı əsasını marksizm-leninizim, Azərbaycan ideyası və sosial ədalət prinsipləri, bəşər sivilizasiyanın son dövrlərdə özünü dogrultmuş ən mütərəqqi fikir və ideyaları təşkil edir.

Azərbaycan Kommunist Partiyası fəhlələrin, kənd əməkçilərinin, ziyalıların, bütün zəhmət adamlarının mənafeyini müdafiə edir. 

Azərbaycan Kommunist Partiyası öz işini Proqram və Nizamnamə əsasında qurur. Partiya, onun bütün təşkilatları və orqanları, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında fəaliyyət göstərirlər. 

Azərbaycan Kommunist Partiyasının  dövlət qeydiyyatından keçmiş nizamnaməsinin VIII maddəsinin birinci bəndində qeyd olunur: 

1.1  Azərbaycan Kommunist Partiyasının bayrağı üzərində AKP-nin emblemi olan, dörddən üç hissəsi qırmızı, bir hissəsi mavi rəngli bayraqdır.

 1.2 Azərbaycan Kommunist Partiyasının emblemi, sənaye əməkçilərinin və kənd zəhmətkeşlərinin  birliyinin rəmzi olan oraq və çəkicdir.

Bütün bunlara rəğmən hansısa saytda  və ya qəzetdə AKP -nin ünvanına yönəldilmiş ittiham qərəzlidir və bunun  heç bir hüquqi əsası yoxdur.  

Azərbaycan Kommunist Partiyası Azərbaycan Respublikası  Konstitusiyası çərçivəsində fəaliyyət göztərir və AR bütün dövlət rəmzilərinə hörmətlə yanaşır".