Sergey Lavrov Bakıdadır

3 Aprel 2012 21:18 (UTC+04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş rəsmi səfərlə Azərbaycana gəlib.

Rusiya XİN-in rəhbəri aprelin 3-4-də Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə, həmçinin xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Bir az əvvəl bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

"20 il ərzində xalqlarımız arasında münasibətlərin mehriban qonşuluq və dostluq ruhunda möhkəmləndirilməsinə yönəldilmiş əməkdaşlığın yüksək səviyyəsi əldə edilib. Biz Azərbaycanı regionda strateji tərəfdaş hesab edirik", - Lukaşeviç qeyd edib.

Onun sözlərinə görə, nazirin cari səfəri Azərbaycan və Rusiya münasibətlərinin möhkəmləndirilməsi ilə bağlı dialoqun davamı kimi nəzərdən keçirilir.