Ermənistan Qarabağa yol çəkir

1 Noyabr 2013 10:25 (UTC+04:00)

Vardanes-Martakert magistralının asfaltlanması İrəvandan Azərbaycanın işğal edilən torpaqlarına məsafəni qısaldacaq

Ermənistandan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə aparan yol təmir ediləcək. Ans press-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Vardanes - Martakert magistralı gələn il asfaltlanacaq. 

Bu barədə jurnalistlərə açıqlamasında Qeqarkunik vilayətinin qubernatoru Rafiq Qriqoryan bildirib. Onun sözlərinə görə, hazırda yol təmirsiz olduğu üçün nəqliyyat vasitələri çətinliklə hərəkət edir, qış aylarında isə gediş-gəliş tamamilə məhdudlaşır.


O, təmirdən sonra Ermənistanın şərq rayonlarından, eləcədə paytaxt İrəvandan Azərbaycanın işğal altında olan torpaqlarına məsafənin qısalacağını deyib.