Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalara başlayacaq

1 Noyabr 2013 11:50 (UTC+04:00)

Şagirdlərin davamiyyətinə nəzarət məqsədilə şeçmə yolla yoxlamalar aparmağı planlaşdırır

Təhsil  Təhsil Nazirliyi şagirdlərin davamiyyətinə nəzarət məqsədilə orta məktəblərdə şeçmə yolla yoxlamalar aparmağı planlaşdırır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, şagirdlərin dərsə davamiyyətinə nəzarətlə bağlı məsələlər təhsil işçilərinin sentyabr konfranslarında ciddi müzakirə olunub.

Bununla bağlı məktəb direktorlarına lazımi təlimati göstərişlər verilib: "Təhsil şöbələri bu məqsədlə davamlı araşdırmalar aparır. Təhsil Nazirliyi də seçmə yolla yoxlamalar aparmağı planlaşdırır. Dərs ilinin I yarısının sonunadək bu sahədə müvafiq işlər həyata keçirəcək".

Yuxarı sinif şagirdlərinin dərslərə davamiyyəti ilə bağlı mövcud vəziyyətə gəldikdə, nazirlikdən bildirilib ki, məktəb direktorları bu sahədə problemlərin yaranmaması üçün müvafiq tədbirlər görürlər və bu məsələ nəzarətdə saxlanılır.