"Ruslan ilk insan deyil ki, evləndikdən sonra boşanıb"-Açıqlama-Eksklüziv
1 Noyabr 2013 12:14 (UTC+04:00)
Sosial şəbəkələrdə Nigar İbrahimovanın həyat yoldaşı Ruslanın
bundan öncəki nikahı haqqında xoşagəlməz ifadələr
səsləndirilməkdədir. Belə ki, vizajistin həyat yoldaşı Ruslanın ilk
xanımı onun və iki uşağının atıldığını iddia edir. Xanım
həmçinin Ruslan bəyin onların ailəsinə kömək etmədiyini də
bildirir. Bu barədə Ruslan bəyin əvvəlki xanımı fərqli
facebook qruplarında kommentlər yazır. İstifadəçilər isə həmin
xanımın dediklərini hər yerdə yayırlar. Toydan bir gün sonra belə
bir xəbərlərin çıxması xoş olmasa da məsələnin nə dərəcədə doğru
olub-olmamasını dəqiqləşdirmək üçün İradə xanımla əlaqə yaratmağa
çalışdıq. İradə İbrahimovanın prodüsseri Səbinə Hüseynova Mövqe.az
saytına açıqlama verdi: " Bəli, ola bilər Nigardan öncə Ruslan
kimləsə ailə həyatı qurub. Bu normal bir şeydir. Şişirdiləsi heç nə
yoxdur. Ruslan ilk adam deyil ki, evlənib, boşanıb sonra da ikinci
həyat qurub. Ola bilər. Bəlkə əvvəlki xanımı yandığından elə deyir.
Nigara qısqanclıq edir. Xanımdır da... Ola bilər. Ancaq dünənki
toyda Nigar və Ruslan faktiki, rəsmi şəkildə nikh qurdular. Hamı da
bunun şahidi oldu".
Qeyd edək ki, dünən İradə İbrahimovanın bacısı tanınmış vizajist
Nigar İbrahimova Ruslan adlı iş adamı ilə ailə həyatı
qurub.