Azərbaycanın kurort zonaları beynəlxalq miqyasda tanıdılacaq

1 Noyabr 2013 12:52 (UTC+04:00)

Bu gün Beynəlxlq Mətbuat Mərkəzində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi (AHTTSA) və Türkiyə Sağlamlıq Turizmini Gelişdirme Konseyinin birgə təşkilatçılığı əsasında iki ölkə arasında sağlamlıq turizminin imkanlarını daha da geniş auditoriyayada tanıdılması, eləcə də geniş fəaliyyət istiqamətinə start verilməsi məqsədilə konfrans öz işinə başlayıb. Movqe.az-ın verdiyi xəbərə görə, konfrans Azərbaycan Respublikasının Dövlət Himninin və Türkiyə Milli Marşının səsləndirilməsi ilə açıq edan edilib.  Tədbirdə çıxış edən Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev çıxış üçün sözü Mədəniyyət və Turizm Nazirliyinin Daxili Turizmin İnkişafı şöbəsinin müdiri Mahir Qəhrəmanova verib. M. Qəhrəmanov Azərbaycanın bölgələrinin kurort potensialının böyük olduğunu, daxili turizmin inkişafında kurortların  dirçəldilməsi istiqamətində dövlət proqramına əsasən bir sıra tədbirlərin həyata keçirildiyi söyləyib. M. Qəhrəmanov qedy edib ki, Azərbaycan təbii ehtiyatlarına, münbit şəraitinə və füsünkar təbiətinə görə turizm potensialı böyük olan ölkədir. Nazirlik səlahiyyətlisi ölkəmizdə müalicəvi kurort zonalarının olduğunu, həmin turizm obyektlərinin xarici ölkələrdə də tanınmasının zəruri olduğunu dilə gətirib. Daha sonra çıxış üçün söz Azərbaycan Prezidenti yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verilib. Tədbirin keçirilməsinə dəstək verdiklərini qeyd edən  V. Səfərli konfransın işinə uğurlar arzulayıb. Konfransda Afyon Kocatepe universitetinin rektoru Mustafa Solak, Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşaviri Seyid Ahmed Arslan da Azərbaycanın kurort imkanlarının beynəlxalq miqyasda tanıdılması istiqamətində bir sıra qarşılıqlı iş birliyinin aparılmasının zəruriliyini vurğulayıblar. Konfransda Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev yeni təsis etdikləri QHT-nin fəaliyyət planını da açıqlayıb. R. Quliyev bildirib ki, Azərbaycanın kurort imkanlarının tanıdılması məqsədilə həmin kurortların vahid məlumat bazası da yaradılacaq. Tədbirin sonunda Türkiyə Sağlamlıq Turizmini Gelişdirme Konseyi ilə əməkdaşlıq memorondumu imzalanıb.