Camaat arıqlayır, bunlar da kökəlmək üçün inək qanı içirlər - FOTOLAR

1 Noyabr 2013 13:21 (UTC+04:00)

Qəbilənin "gombul adam" yarışması üçün 

Efiopiyanın Omo Vadisində yaşayan Bodi qəbiləsi özünün qeyri-adi adətləri ilə fərqlənirlər. Çılpaq gəzən bu adamlar bədənlərinə qızıl aksesuarlar taxmağı sevirlər.

Yarım köçəri həyat yaşayan bu qəbilənin yeni il şənliyi olan "gombul adam" yarışması üçün hər kənddən gənclər seçilir və 6 ay ərzində inək qanı, süd ilə bəslənərək çəkilərinin 2 qatına çıxırlar. 6 ayın sonunda ən çox kökələn adam qalib sayılır.

Fransız fotoqrafı Eric Lafforgue bu qeyri-adi qəbilənin içinə girərək onların həyat tərzini yaxından izləyib, maraqlı fotolar çəkib. Ailem.az həmin fotoları təqdim edib :