Şəxsiyyət vəsiqələrinə üçüncü cins əlavə olunub

1 Noyabr 2013 15:32 (UTC+04:00)

Movqe.Az "BBC"yə istinadən xəbər verir ki, Almaniya dünyanın ilk ölkəsidir ki, yeni doğulan körpənin cinsiyyətinin oğlan və ya qız olmasının qeydiiyatına əhəmiyyət vermir.  Belə ki, valideyinlərə icazə verilir ki, körpələrinin cinsiyyətini "qeyri-müəyyən cins" olaraq doğum şəhadətnamələrində qeyd edə bilsinlər. Təxminən 2000 insanın şəxsiyyət vəsiqəsində cinsiyyəti hər iki cinsə aid edilib. Bu insanlar "interseksual" insanlar deyə adlandırılır. Yəni həm kişi, həm də qadın xromosomlarına, hətta cinsiyyət orqanına malik insanlardır. Əlbəttə ki, valideynlər üçün, körpələrinin cinsiyyətinə qərar vermək çətindir, çünki, onlar tez qərar verməli və körpələr qeydiyyatdan keçməlidir. Bu sözləri Stiv Evans Berlində verdiyi müsahibəsində belə deyib. Almaniyada qəbul olunan bu qanun bəzi insanlar tərəfindən xoş qarşılanmayıb. Bir dəfə, körpənin cinsiyyətini müəyyən edilə bilmədikdə cinsiyyət orqanı əməliyyat olunub. Bir neçə il keçdikdən sonra isə, həmin şəxs : "Mən nə kişi, nə qadınam. Mən həkimlər tərəfindən yaradılan uydurma bir varlıq olaraq qalacam, zədəliyəm və qorxuluyam" deyib. Almaniya şəxsiyyət vəsiqələrində əvvələr yalnız M-kişi, F-qadın cinsiyyəti yazılırdı. Tezliklə isə bura üçüncü bir cins X-interseks cinsi əlavə olunacaq. Bu əlbəttəki, nigah və şəriklik kimi digər Almaniya qanunlarına da öz təsirini göstərəcək.