Dijital dinozavr

1 Noyabr 2013 16:02 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Manchester Universiteti elm adamları Argentinosaurus (Argentina növü kərtənkələ) növü dinozavrın 80 tonluq nəhəng bədəniylə necə hərəkət edə bildiklərini anlamaq üçün rəqəmsal bir robot hazırlayıblar. Araşdırmaçılar bu robotu hazırlayarkən, "Dinozavrların əzələ və sümükləri bədənlərini hərəkət etdirməyə necə dəstək olurdu?", "Yeməklər həzm sistemini necə bir əməliyyatdan keçirdi", "Son dərəcə uzun boyunları sayəsində nə qədər yüksəkliyə çata bilirdilər?" kimi sualların cavabını tapmağa çalışdılar. Qrup, Argentinadakı Carmen Funes Muzeyində olan yenidən yaradılmış nəhəng skeleti nümunə götürərək robotu təkmilləşdirdi.