Bu da Nexus 5!

1 Noyabr 2013 16:11 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Googlenin bir müddətdir fotoşəkilləri internetdə gəzən yeni ağıllı telefonu Nexus 5 rəsmi olaraq tanıdılıb. Nexus 5 ilə birlikdə isə Android əməliyyat sisteminin ən yeni versiyası 4.4 KitKat da ortaya çıxıb. Dünən axşam saatlarında Google Playdən satışa təqdim edilən Nexus 5-in 16 GBlik modeli qısa müddətdə tükənib . Gorilla Glass 3 ekran texnologiyası ilə gələn və bu sayədə ekranı cızılmalara və zərbələrə qarşı son dərəcə dözümlü olan Nexus 5, 4.95 düymlük nəhəng bir ekrana malikdir . Bu halıyla 1920x1080 ekran dəqiqliyinə çatan cihazın digər xüsusiyyətlərinə gəldikdə:


- 2.26 GHz Snapdragon 800 prosessor

- 350 MHz Adreno 330 GPU

- 2 GB RAM

- 8 megapiksel daxili kamera

- NFC və Bluetooth 4 dəstəyi