ATƏT-in Minsk Qrupu noyabrın 4-də Ermənistana gedəcək

1 Noyabr 2013 16:26 (UTC+04:00)

Noyabrın 4-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana səfər edəcəklər.


APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi xəbərə görə, vasitəçilərin Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşləri planlaşdırılıb.

 

Qeyd edək ki, həmsədrlər Ermənistandan əvvəl Azərbaycana gələcəklər. Bu dəfə işğal altındakı Dağlıq Qarabağa səfər nəzərdə tutulmayıb.