"Cenevrə 2" Konfransı təxirə salındı

1 Noyabr 2013 20:17 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Suriya müxalifləri və Şam hökuməti arasında yaşanan böhran qurtarmaq bilmir. 

Müxaliflər, Cenevrədə bu ay keçirilməsi nəzərdə tutulan danışıqlar üçün Şam rəhbərliyinin güclərini qurulacaq müvəqqəti hökumətə təhvil verməsi mövzusunda mübahisə etsə də, Əsəd rejimi buna yanaşmır. Şam rəhbərliyi ilə Rusiya , müxaliflərin Cenevreyə şərtsiz gəlmələri mövzusunda da geri addım atmır. Müxaliflər və Şam rəhbərliyi arasındakı böhrandan başqa problem də Səudiyyə Ərəbistanının Cenevrə 2 Konfransı üçün dəstək verməməsi olub. ABŞ-ın Suriyanı vurmaqdan son anda imtina etməsini sərt şəkildə tənqid edən Səudiyyəlilər , özlərini Vaşinqton tərəfindən aldadılmış olaraq görür. Riyad rəhbərliyini hirsləndirən başqa inkişaf da ABŞvə İran arasındakı yaxınlaşmadır . Cenevrə 2 Konfransının noyabr ayı ərzində edilə söz-söhbətlərinə Birləşmiş Millətlər Təşkilatının (BMT) yalanlama gətirə bilmir.