Bakıda ər arvadını boğaraq öldürdü

4 Noyabr 2013 10:05 (UTC+04:00)

Bakıda dəhşətli qətl törədilib.


Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə noyabrın 3-də baş verib.

 

Xətai rayon sakini, 29 yaşlı Elmar Sərvər oğlu Səlimov qısqanclıq zəminində həyat yoldaşı, 26 yaşlı Leyla Ramiz qızı Səlimovanı boğaraq qətlə yetirib.

 

Hadisəni törədən E. Səlimov saxlanıb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.