Hazal Kaya arıqlama sirrini də oxucularla paylaşıb: "Aşkı Məmnu" serialı bitdikdən sonra Amerikaya geri döndüm və arıqlamaq da elə orada olarkən başlayıb. Bol-bol yürüş edirdim və öz yeməyimi elə özüm bişirirdim. 2010-cu ildən bu yana toplam 13 kilo arıqladım. Əslində bu işin çox da böyük sirrləri yox. Sadəcə yeməyinə və içdiyinə diqqət edib, çox hərəkətdə olmalısan. Mən hipoqlikemiya (1-ci və 2-ci tip şəkərli diabetli xəstələrdə qanda şəkərin normal səviyyəsinin azalması ilə əlaqədar yaranan haldır) xəstəsi olduğum üçün onsuzda nə yediyimə həmişə diqqət edirəm. Bəziləri elə düşünür ki, şəkər xəstələrinin arıqlaması mümkün deyil. Ancaq bu yalnış fikirdir. Sadəcə bunun üçün doğru bəslənmək lazımdır".
Xəyalpərəst olduğunu açıqlayan aktrisa bildirib: "Bəli, çox xəyalpərəstəm. "Ancaq bunu etməsəm ölərəm" - dediyim bir şey yox. Necə xoşbəxt oluramsa elə yaşamağa qərar vermişəm".
Qeyd edək ki, aktrisanın ən böyük xəyalı isə Ferzan Özpetəklə tanışmaq istəyi olub və sonunda bu xəyal gerçəyə dönüb.