Komandir çavuşu təhqir etdiyinə görə təzminat ödədi

4 Noyabr 2013 11:34 (UTC+04:00)

Hərb  Türkiyə Silahlı Qüvvələrində bir ilk yaşanıb. Orduda xidmət edən çavuş onu təhqir edən komandirini məhkəməyə verib. 


"CNN Türk"ün məlumatına görə, zabit gördüyü təmizlik işini bəyənmədiyi üçün ona qarşı təhqiramiz sözlər işlədən komandirindən mənəvi təzminat tələb edib.


Zabit məhkəmə işində qalib gəlib. Komandir isə 8 min lirə həcmində mənəvi təzminat ödəməyə məcbur olub.