Sərnişin təyyarədən uzaqlaşdırılıb

23 May 2012 17:13 (UTC+04:00)
Movqe.Az CNN-nə istinadən bildirir ki, Braziliyada uçmağa hazırlaşan bir təyyarədə qadın pilotlarını alçaldan sərnişin təyyarənin qadın pilotu tərəfindən təyyarədən uzaqlaşdırılıb.
Braziliyanın "Trip Airlines" adlı təyyarə şirkətindən verilən məlumata görə, təyyarənin pilotunun qadın olduğunu öyrənən bir sərnişinin yüksək səslə cinsiyyət ayrı-seçkiliyi ehtiva edən sözlərlə qadın pilotları alçaltmasına görə, təyyarənin qadın pilotu tərəfindən təyyarədən uzaqlaşdırılıb.
Verilən məlumata görə, Goias əyalətinə gedən təyyarə adı açıqlanmayan sərnişinin polis tərəfindən təyyarədən çıxarılmasından sonra 1 saat gecikməklə Belo Horizonte havalimanından yoluna davam etdiyi qeyd edilib.
"Trip Airlines"dən gələn məlumata görə, şirkətin 1400 qadın işçilərinə deyilən alçaldıcı sözlərə görə tədbir görüləcək.
Hava yolu polisinin telefonlara cavab verməməsi səbəbi ilə təyyarədən atılan adam haqqında hər hansı bir qanuni əməliyyat edilib edilmədiyi bilinmir.