Oğuzda 73 yaşlı kişi intihar edib

4 Noyabr 2013 11:43 (UTC+04:00)

Oğuzda 73 yaşlı kişi intihar edib

Oğuz rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Daşüz kəndində qeydə alınıb. Kənd sakini, 1940-cı il təvəllüdlü İzzət Vahid oğlu Vahabov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.