Azərbaycan Türkiyədə ən böyük limanın inşasına başlayır

4 Noyabr 2013 12:41 (UTC+04:00)

Rövnəq Abdullayev: "Bu "Petkim"ə əlavə gəlirlər əldə etmək üçün böyük imkanlar yaradacaq"


"Türkiyədə ən böyük limanın inşasına başlayırıq". Bunu jurnalistlərə müsahibəsində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. 


O bildirib ki, artıq limanın bütün layihə məsələləri həll olunub:


"Artıq tender keçirilib və təşkilatlar seçilib. Türkiyə baş naziri Ərdoğanda təməl qoyma mərasimində iştirak etmək niyyətindədir. Bundan sonra biz bir il və ya il yarım müddətinə tikintini başa çatdırıb Türkiyənin ən böyük və ən dərin limanın inşasını başa çatdıracağıq. Bu da "Petkim"ə əlavə gəlirlər əldə etmək üçün böyük imkanlar yaradacaq."


Rövnəq Abdullayev həmçinin bildirib ki, Türkiyədə neft emalı zavodunun inşasına da başlanlıb:


"Bu Türkiyədə olan bir nöqtədə olan ən böyük investisya layihələrindən biridir. Artıq tikinti prosesinə başlanılıb"