Bakının mərkəzi küçələrindən biri bağlanır

4 Noyabr 2013 13:01 (UTC+04:00)

Bakının mərkəzi küçəsi təmir işləri ilə əlaqədar bağlanır.


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Səbail rayonunun İzzət Nəbiyev küçəsi sabahdan etibarən yeni asfalt örtüyünün çəkilməsi ilə bağlı bağlanacaq.


P.Mürsəliyev deyib ki, təmir işlərinin 5-6 gün çəkəcəyi nəzərdə tutulur.


Bu gündən təmir işlərinə hazırlıq aparılır.