Pultun ixtiraçısı vəfat edib

23 May 2012 17:28 (UTC+04:00)
Televiziya üçün uzaqdan idarəedicini icad edən amerikalı Eugene Polli 96 yaşında Çikaqo yaxınlarındakı bir xəstəxanada vəfat edib.
Pollinin 1955-ci ildə icad etdiyi ilk uzaqdan idarəedici "Flash-Matic" adlanırdı və indiki idarəedicilərə deyil, daha çox da tapançaya bənzəyirdi. İnsanlara kreslolarından qalxmadan televiziya izləmə fürsəti verən bu cihaz üçün Polli və yoldaşı Robert Adlerə 1997-ci ildə "Emmy" mükafatı verilib.
Polli, 47 illik peşə həyatında ABŞ-da 18 patent alıb. Avtomobil radioları mövzusunda da işləri olan Polli bununla bərabər, DVD və "blue ray"in qabaqcılı sayıla biləcək video disk sahəsində də yardımlar göstərib.