Leyla Əliyeva: Ətraf mühitin qorunması planetimizdə yaşayan müxtəlif insanların həyat fəlsəfəsinə çevrilməlidir

4 Noyabr 2013 12:51 (UTC+04:00)

Leyla Əliyeva: Ətraf mühitin qorunması planetimizdə yaşayan müxtəlif insanların həyat fəlsəfəsinə çevrilməlidir

Leyla Əliyeva: Ətraf mühitin qorunması planetimizdə yaşayan müxtəlif insanların həyat fəlsəfəsinə çevrilməlidir. Əliyeva bildirib ki, təbiəti daha səmərəli, daha güclü mühafizə etmək üçün  "İDEA ətraf mühitin mühafizəsi üçün beynəlxalq dialoq qurmağa çalışır. Təbiətə ziyan vurmamaq üçün ekoloji problemlərin həllinə yaşıl düşüncə ilə yanaşmanı və təbliğ etməni fəalliyətimizin əsas prinsipi hesab edirik".

Heydər Əliyev Fondunun vitse-prezidenti müraciətində deyib ki, ətraf mühitin qorunması planetimizdə yaşayan müxtəlif insanların birləşdirici, ümumi həyat fəlsəfəsinə çevrilməlidir: "İDEA ekoloji maarifləndirməni gücləndirmək üçün yeni layihələr üzərində işləyir. Planetimizin gələcək ekoloji vəziyyəti bugünkü nəslin düşüncəsindən asılı olaraq yaranacaq. Şübhəsiz ki, ekologiya haqqında düşünmək gələcək haqqında düşünmək deməkdir".

Leyla Əliyevanın sözlərinə görə, baş verən demoqrafik dəyişikliklər, sənayenin genişləndirilməsi, insanların təbiətə təsirinin artması ekoloji məsuliyyəti dövrün əsas çağırışına çevirir: "Ətraf mühitin mühafizəsinə diqqəti artırmaq üçün imkanlarımızı səfərbər etməliyik. Çox şadam ki, bu konfrans qlobal ekoloji problemlərin həlli yollarının müzakirəsi üçün yeni platforma açır. Konfransın işinə uğurlar arzulayıram".