Riçard Davkins: "Bin Ladin yenə qazandı"

4 Noyabr 2013 15:20 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, dünyanın ən tanınmış təkamül bioloqlarından Riçard Davkins yeni bir Tvitter xəbərinə imza atıb. Davkinsin hədəfi bu dəfə din və dindarlar deyil, hava limanlarındakı təhlükəsizlik tətbiqləri olub. Əl baqajında daşıdığı bal qabını təyyarəyə minərkən alınan işçilərə Davkins, reaksiyasını Tvitterdən dilə gətirib:

"Bin Ladin dünyanın hər tərəfindəki aerodromlardan hər gün qazanır. Kiçik bir qabda balım vardı, onu da əlimdən alıb zibil qutusuna atdılar. Boş yerə ziyan yaratdılar ".  Lakin bu sözlər Davkinsin əleyhinə işlədilib. Beləki,  istifadəçilərdən biri , "qaydaları düzgün oxuyub yerdən əl baqajına qoymazdın " deyərkən bir başqa istifadəçi dalğa keçərək, "Terrorun gerçək qurbanı sənsən " yazıb.