Android istifadəsi gün keçdikcə artır

4 Noyabr 2013 15:44 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Apple-ın əməliyyat sistemi iOS-un ən böyük rəqib platforması Android istifadəsi gün keçdikcə artır. Androidin 4.1 versiyası və digərlərinin (Jelly Bean versiyası - yəni  jeleli paxla) istifadə nisbəti 50 faizi keçib.

Android 4.1-dən başlayaraq Google Android versiyasına Jelly Bean adını verib, ağıllı telefonlarda da bu versiyanın istifadəsindəki artım gözlərdən qaçmır. Android 4.1-in istifadə nisbəti yüzdə 37 faiz olduğu halda, 4.2 distributivində bu nisbət 12 faizdir. Google-ın LG ilə birlikdə çıxardığı Nexus 5 ilə ilk dəfə satışa çıxan ən yeni Android versiyası 4.4 KitKat isə hələlik təkcə Galaxy Note 3 və  bəzi Nexus cihazlarında istifadə edildiyindən istifadə nisbəti  2.3 faizi keçmir.