Neftçilər prospektindəki Əl Oyunları stadionunda əsaslı təmir işlərinə başlanılıb

4 Noyabr 2013 15:55 (UTC+04:00)

Bu ilin sentyabrında Neftçilər prospektindəki Əl Oyunları stadionunda əsaslı təmir işlərinə başlanılıb. Həmçinin bildirilir ki, təmir zamanı stadionun daxili və xarici görünüşü dəyişəcək. Təmirdə müasir inşaat materiallarından istifadə olunacaq. Bu stadion Bakıda keçiriləcək iri miqyaslı idman yarışları və o cümlədən ilk Avropa Olimpiya Oyunlarında idman yarışları arenası olacaq.


Təmirin gələn il başa çatacağı nəzərdə tutulub.