İlin ikinci günəş tutulması reallaşdı

4 Noyabr 2013 16:30 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, bu ilin ikinci günəş tutulması halqalı başlayıb tam tutulma olaraq davam edib. Tutulma ilk olaraq ABŞ-ın cənub bölgələrində,  daha sonra Atlantik okeanı və Afrika qitəsində görülüb. ABŞ Kosmos və Aviasiya Dairəsi NASA , Ayın Günəşin işıq yuvasını örtməsiylə reallaşan tutulmanın ən yaxşı Atlantik Okeanında izlənə bildiyini və bir dəqiqə davam etdiyini bildirib. Tam tutulmanın ən gözəl və dəqiq göründüyü Keniyanın şimal bölgələrinə turlar təşkil edilib. Keniyada yerli xalq arasında Günəş tutulması üçün, "Ayın Günəşi yeməsi " ifadəsi istifadə edilir. Avropanın cənubu və Şimali Amerikanın şərq sahillərində dəı tutulma reallaşıb.

Bu tutulma, "hibrit" tutulma olaraq bilinir. Bu ifadə, halqalı tutulma olaraq başlayan və tam tutulma olaraq davam edən tutulmalar üçün istifadə edilir.

Tam Günəş tutulması , Ayın Günəşin Yerdən görünən ışıq yuvasını tamamilə örtməsiylə reallaşır.

Ayın Yer üzündən ən uzaq məsafədə olduğu zaman reallaşan halqalı tutulma isə , Ayın Günəşi tamamilə örtməməsi və ətrafında bir işıq halqası olaraq görünən hala gəlməsiylə meydana gəlir. Tutulma , Floridaya təxminən 1000 kilometr məsafədə başlayıb. Ayın kölgəsi şərqə doğru əyildikcə halqalı tutulma da tam tutulmaya çevrilib. Tam tutulmanın ən parlaq olduğu yer , Atlantik Okeanında Liberiyanın təxminən 330 kilometr cənub-qərbinə düşən yer olaraq təyin olunub. Quruda isə tutulmanın ən rahat görüldüyü yer Qabondu .