Ramil Usubov Sumqayıt sakinlərini qəbul edəcək

4 Noyabr 2013 16:44 (UTC+04:00)

Nazir qəbulda Sumqayıt, Abşeron, Qubadlı, Zəngilandan olan sakinləri dinləyəcək


Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 23-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. 


Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir qəbulda Sumqayıt, Abşeron, Qubadlı, Zəngilandan olan vətəndaşlarını dinləyəcək. 


Qeyd edək ki, vətəndaşların qəbulu saat 9:30-da başlanacaq.