Rəqsanə "sevgilisi" Namiq Qaraçuxurludan danışdı-FOTO

4 Noyabr 2013 17:09 (UTC+04:00)

Şou-biznes aləmində sevgili cütlüklər arasında son zamanlar adı çəkilənlər müğənni Rəqsanə İsmayılova və Namiq Qaraçuxurlu olub. Hətta cütlüyün mehriban fotoları da yayılıb. Lakin Rəqsanə 106.3 FM-də yayımlanan "Müleyli" şousuna zəng edərək deyilənləri təkzib edib: "Namiq Moskvaya gələndə ayağı zədələnmişdi. Bir insan kimi ona qulluq etdim. İnsanlıq xatirinə. Ona kömək etdim. Aramızda heç bir sevgi münasibəti yoxdur. İndi sənətdə o qədər hamı bir-biri ilə dava edir ki, mehriban müğənni görəndə bu yerə yozurlar. Şou-biznesdə sevgilim olmayıb, heç vaxt da olmayacaq. Namiqin də bu yaxınlarda toyudur. O, mənim qardaşımdır, hörmətini də saxlayıram".